Bıçaqlanan şəxs polisi aldatmaq istədi

Bıçaqlanan şəxs polisi aldatmaq istədi
  05 Yanvar 2019    Oxunub:1781
Yanvarın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən qəsəbə sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, o, izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib.

Xəzər RPİ 1-ci PŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün Mərdəkan qəsəbəsi ərazisində İ.Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə P.Nəzəri polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti