Binəqədidə yanğın baş verib

Binəqədidə yanğın baş verib
  05 Yanvar 2019    Oxunub:1628
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və talvara bitişik ümumi sahəsi 40 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   Binəqədi  





Xəbər lenti