2 yeni "ABAD" bakaleyası açılıb

2 yeni "ABAD" bakaleyası açılıb
  04 Yanvar 2019    Oxunub:3091
2 yeni “ABAD” bakaleyası “Gənclik Mall” və Əhmədli qəsəbəsində yerləşən hipermarketlərdə fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, burada kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.

Qeyd edək ki, bununla da ABAD-ın Bakı şəhərində supermarketlərdəki bakaleyalarının sayı 3-ə çatıb.

Xatırladaq ki, ASAN xidmət tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs 2016-cı ildə yaradılıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyət göstərir.




Azvision.az


Teqlər: ABAD  





Xəbər lenti