Cəlilabaddakı qətllə bağlı rəsmi məlumat

Cəlilabaddakı qətllə bağlı rəsmi məlumat
  03 Yanvar 2019    Oxunub:3363
Yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılıb.
Cəlilabad rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqov Hikmət Rafət oğlunun qeyd edilən tarixdə saat 20 radələrində qısqanclıq zəminində bacısı A.Cəfərovanı bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub qəsdən öldürməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti