Peşə təhsili sahəsində hansı işlər görülüb?

Peşə təhsili sahəsində hansı işlər görülüb?
  03 Yanvar 2019    Oxunub:4332
Təhsil Nazirliyi 2018-ci ildə peşə təhsili sahəsində görülən işləri barədə məlumat yayıb.
Nazirlikdən Azvision.az –a verilən məlumata görə, 2018-ci ildə “Peşə təhsili haqqında” qanun qəbul olunub. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq.

Yeni fəaliyyətə başlayacaq Peşə Təhsil Mərkəzinə 24 ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin edilib.

2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb.

2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb.

Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.

Ötən il Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.

2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.

Azvision.az




Teqlər: Təhsil-Nazirliyi   Peşə  





Xəbər lenti