Ötən il 6 min nəfər müəllim adını qazanıb

  02 Yanvar 2019    Oxunub : 3962
 Ötən il 6 min nəfər müəllim adını qazanıb
2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.

2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Müəllim