Tütün məmulatları və içki istehsalı artıb

Tütün məmulatları və içki istehsalı artıb
  01 Yanvar 2019    Oxunub:6344
Cari ilin yanvar-noyabr aylarında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 918,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhəri Statistika İdarəsindən Azvision.az -a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 65,9 faiz, içki istehsalında 5,4 faiz artım, qida məhsullarının istehsalında isə 10,8 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 5,2 faiz, şirin peçenye 37,4 faiz, içli digər şokolad şirniyyat məmulatları 57,8 faiz artıb.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti