Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb
  01 Yanvar 2019    Oxunub:6104
Mingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hər bir yaralıya lazımi tibbi yardım göstərilib. Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.

Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.(Report)

Azvision.az


Teqlər: Mingəçevir   pirotexinikivasitə  





Xəbər lenti