İki uşaq anası özünü dənizə ataraq intihar edib

  İki uşaq anası özünü dənizə ataraq intihar edib
  31 Dekabr 2018    Oxunub:8675
Bakıda Dənizkənarı Milli Parkda ("Bulvar otel"in yaxınlığı) dənizə düşən şəxsin adı məlum olub.
Özünü dənizə ataraq intihar edən şəxs 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini Rüstəmova Dilrubə Xalid qızıdır.

Ərazidə olan 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu onu xilas etməyə çalışıb, lakin mümkün olmayıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər D.Rüstəmovanın meyitini sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, intihar edən D.Rüstəmova iki uşaq anasıdır. (Report)

Azvision.az



Teqlər: İntihar   Dəniz   Bulvar  





Xəbər lenti