Ucarda “KamAZ” “Opel”lə toqquşub - Ölən var

 Ucarda “KamAZ” “Opel”lə toqquşub -   Ölən var
  29 Dekabr 2018    Oxunub:6648
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonunun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti