6200 pirotexniki vasitə aşkarlandı

6200 pirotexniki vasitə aşkarlandı
  28 Dekabr 2018    Oxunub:4607
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baş Polis idarələri əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Mircəlal küçəsində, “Sədərək” ticarət mərkəzində və Binə qəsəbəsi ərazisində 4 mağazadan ümumilikdə 6200 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti