İmtahan nəticələrinin statistik göstəriciləri

İmtahan nəticələrinin statistik göstəriciləri
  28 Dekabr 2018    Oxunub:12026
İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 23-də keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında bəzi statistik göstəricilər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərdən 1394-ü ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərdir. Onlardan 397 nəfər imtahanı müvəffəqiyyətlə verib. İmtahan verənlərdən 454-ü məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad olunanlar kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 56 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 15-i imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışa bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən 343-ü imtahanda iştirak üçün qeydiyyatdan keçib və onlardan 51-i müvəffəqiyyət əldə edib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti