Bank sektorunun icmal göstəriciləri açıqlandı

Bank sektorunun icmal göstəriciləri açıqlandı
  28 Dekabr 2018    Oxunub:11430
Noyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,827.2 milyon manat, cəmi öhdəlikləri isə 25,579.7 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sektorun balans kapitalı 4,247.5 milyon manat olub. 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5 faiz (137 milyon manat), öhdəlikləri 0.2 faiz (61.5 milyon manat), balans kapitalı isə 1.8 faiz (75.5 milyon manat) artıb. Noyabr ayında bankların kredit portfeli 2.4 faiz (282.9 milyon manat) artaraq 12,171.2 milyon manat təşkil edib.

Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4 faiz (834.5 milyon manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7,989.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9 faiz (447.4 milyon manat) artım olub.

Cari ilin 11 ayı ərzində banklar 644 milyon manat əməliyyat mənfəəti, 306.3 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub. Bank sektorunun işçi heyəti noyabr ayında 0.6 faiz (110 nəfər) artaraq 17 321 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7.1 faiz (1 150 nəfər) artıb.

Noyabrın 30-na bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Azvision.az



Teqlər:





Xəbər lenti