Cibgirlik edən keçmiş məhkum tutulub

Cibgirlik edən keçmiş məhkum tutulub
  28 Dekabr 2018    Oxunub:4475
Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın dekabrın 24-də metronun “Gənclik” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti