Paytaxtda 42 şagird qızıl medal alıb

  28 Dekabr 2018    Oxunub : 10402
 Paytaxtda 42 şagird qızıl medal alıb
Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdrəsindən (BŞTİ) məlumat verilib. Qeyd olunub ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.

Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. Belə ki, I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar.

Azvision.az

Teqlər: Bakı   Məktəb