Cinayət törədən 30 nəfər saxlanılıb

   Cinayət törədən 30 nəfər saxlanılıb
  28 Dekabr 2018    Oxunub:3352
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 137 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Daxili işlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   cinayət  





Xəbər lenti