“Port Baku”da 2 nəfər tüstüdən zəhərlənib

“Port Baku”da 2 nəfər tüstüdən zəhərlənib
  28 Dekabr 2018    Oxunub:3983
Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin 4-cü mərtəbəsində mənzildə qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınıb. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Azvision.az



Teqlər: FHN   Port-Baku  





Xəbər lenti