Qubada “KamAZ” aşıb, sürücü xilas edilib

Qubada “KamAZ” aşıb, sürücü xilas edilib
  28 Dekabr 2018    Oxunub:5338
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Qəza  





Xəbər lenti