Bakıda evdən kişi meyiti tapılıb

Bakıda evdən kişi meyiti tapılıb
  27 Dekabr 2018    Oxunub:3873
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Qurbani Həmid Əjdər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Meyit  





Xəbər lenti