Bayram günlərində hava necə olacaq?

   Bayram günlərində hava necə olacaq?
  27 Dekabr 2018    Oxunub:5140
Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 01-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq. Yanvarın 01-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti