Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  27 Dekabr 2018    Oxunub:4257
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 20-də Bakı şəhər sakini Aysel Həmidovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, paytaxt sakini Orxan Nuri saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti