Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb

Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb
  27 Dekabr 2018    Oxunub:9815
Cari ildə Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” (www.e-xidmet.minenergy.gov.az) portalı yenidən işlənərək istifadəyə verilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bu dövrdə Energetika Nazirliyi tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və “Elektron xidmətlər” portalında yerləşdirilib. Buraya “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.

“Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” və “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” xidmətlərindən istifadə etməklə tətbiq olunan cərimələrin ödənilməsi üçün www.asanpay.az portalına keçid verilib.

Hesabat dövründə Energetika Nazirliyi tərəfindən verilən 11 icazə “Dövlət xidmətləri” portalına (www.dxr.az) daxil edilib. Bununla da nazirlik tərəfindən verilən bütün icazələrin (17 icazə) “Dövlət xidmətləri” portalında yerləşdirilməsi təmin olunub. “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi”, “Qazın istehsalına və təbii qazın emalına icazə”, “Sənaye qaz qurğusunun istismarına icazə”, “Neft və neft məhsullarının emalına icazə”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi” xidmətlərindən nazirliyin “Elektron xidmətlər” portalına keçid təmin olunub.

Azvision.az


Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti