Bu il polislər 45 məktbədə görüş keçirib

Bu il polislər 45 məktbədə görüş keçirib
  27 Dekabr 2018    Oxunub:3458
Cari il ərzində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəblərdə, eləcə də sakinlər arasında maarifləndirmə tədbirləri davam etdirilib.
DİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2018-ci il ərzində 45 təhsil müəssisəsində gənclərlə görüş keçirilib. Onlar keçirilən görüşlərdə “Dini radikalizm və onun zərərli təsirləri”, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatının aparılması məqsədilə “ Narkomaniyaya yox deyək” , eləcə də “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini qeyd ediblər.



Bu mövzular ətrafında onlara dəyərli tövsiyyələr verilib, zərərli vərdişlərdən uzaq olmağa çağırılıblar. Eyni zamanda gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzulara uyğun videoçarxlar nümayiş etdirilib. RPŞ-nin əməkdaşları vətəndaşlarla da vaxtaşırı görüşlər keçirib, onların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçiriblər. Bəzi çətinliklərin aradan qaldırılması üçün isə aidiyyatı qurumlara yönləndirilib. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti