Paytaxtın ictimai iaşə dövriyyəsi 6,9 faiz artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi 6,9 faiz artıb
  27 Dekabr 2018    Oxunub:9032
Yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 887,6 milyon manat olub. Dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, bu sektorda iaşə dövriyyəsinin 46,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 11,3 faiz artaraq 416,2 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti