Bu gündən hava pisləşir

 Bu gündən hava pisləşir
  27 Dekabr 2018    Oxunub:3626
Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti