Bakıda neft-qaz hasilatı artıb

Bakıda neft-qaz hasilatı artıb
  27 Dekabr 2018    Oxunub:9529
Paytaxtdakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-noyabr aylarında 38,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, sənaye məhsulunun 82,9 faizi mədənçıxarma sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda xam neft istehsalı 0,2 faiz, təbii qaz hasilatı isə 4,9 faiz çoxalıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti