Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın olub
  26 Dekabr 2018    Oxunub:4643
Cəlilabad rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Uzuntəpə kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Cəlilabad  





Xəbər lenti