Bakıda orta aylıq maaş 783 manatdır

   Bakıda orta aylıq maaş 783 manatdır
  26 Dekabr 2018    Oxunub:5844
2018-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,1 faiz artaraq 783,4 manat olub.
Bakı şəhər Statistika İdarəsindən Azvision.az -a verilən xəbərə görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Azvision.az


Teqlər: Bakı   Əmək-haqqı  





Xəbər lenti