Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə yaşayış binasında yanğın olub
  26 Dekabr 2018    Oxunub:4152
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin, sanitar qovşağın lambirdən ibarət tavanı 11 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Digər otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   FHN  





Xəbər lenti