Cəlilabadda qanunsuz ov edənlər cərimələnib

Cəlilabadda qanunsuz ov edənlər cərimələnib
  26 Dekabr 2018    Oxunub:4125
Cəlilabad rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
DİN-dən Azvision.az -a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də Zopun kəndi ərazisində qanunsuz ov edən şəhər sakinləri Namiq Vəliyev və Səbuhi Cavadov saxlanılıblar.

N.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə protokol tərtib edilib. S.Cavadovdan isə müvafiq sənədləri olmayan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Azvision.az



Teqlər: DİN   qanunsuz-ov  





Xəbər lenti