“Ford Tranzit” motosikletlə toqquşdu: Ölən var

“Ford Tranzit” motosikletlə toqquşdu:    Ölən var
  26 Dekabr 2018    Oxunub:4595
Dekabrın 25-də saat 18 radələrində Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində Kövüzbulaq kənd sakini Sənan Əmirovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə kənd sakini Yadigar Cavadovun idarə etdiyi “Skuter” markalı dövlət qeydiyyat nişanları olmayan motosiklet toqquşub.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, nəticədə Y.Cavadovun sərnişini, həmkəndlisi Orxan Əlisahibov hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   qəza  





Xəbər lenti