Keçmiş məhkum maşın qaçırdı - FOTO

Keçmiş məhkum maşın qaçırdı -   FOTO
  26 Dekabr 2018    Oxunub:4779
Dekabrın 25-də rayon sakini Əli Tahirov RPŞ-yə müraciət edərək ona məxsus “VAZ-2103” markalı avromobilinin qaçırılmasını bildirib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov saxlanılıb.



Araşdırmalarla Q.Əsgərovun avtoyuma məntəqələrinin birindən də oğurluq etdiyi məlum olub. Həmin obyektdən avtoyuma aparatı ələ keçirdiyi müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Qaçırılmış avtomobil və avtoyuma aparatı maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti