Piyadanı öldürüb qaçan sürücü tutulub
Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilib, şahidlər dindirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat, məhkəmə-trosoloji və məhkəmə-lifli ekspertizaları təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.n Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Qəza Sürücü