Ölkə üzrə 229 min ton pambıq yığılıb

Ölkə üzrə 229 min ton pambıq yığılıb
  25 Dekabr 2018    Oxunub:5159
Dekabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 144 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çox pambıq tədarük olunub. Hazırda ölkə üzrə ən çox pambıq tədarük edən rayonlar bunlardır: Saatlıda 15 min 815 hektardan 30 min 119 ton, Bərdədə 9 min 630 hektardan 25 min 105 ton, Ağcabədidə 10 min hektardan 22 min 935 ton, Biləsuvarda 12 min hektardan 21 min 839 ton və Beyləqanda 9 min 560 hektardan 21 min 425 ton. Məhsul yığımı davam edir.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. 2017-ci ildə isə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çox olmuşdu.

Azvision.az


Teqlər: Pambıq  





Xəbər lenti