İcazəsiz ova cəhd edənlər saxlanılıb

İcazəsiz ova cəhd edənlər saxlanılıb
  25 Dekabr 2018    Oxunub:23773
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtın Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlar ümumilikdə 2000 manat məbləğində cərimələnib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti