Polis ölən piyadanın qohumlarını axtarır

Polis ölən piyadanın qohumlarını axtarır
  25 Dekabr 2018    Oxunub:3602
Cari ilin oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Keçirilən əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə “Zenfira”, sol əl nahiyyəsində “ANA”, sol ayağının pəncəsində “Çox sağ ol”, sağ ayağının pəncəsində “TƏMİZ YU” və sol əlinin barmaqlarının üzərində “19?1” döymələri var.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az


Teqlər: DİN   Meyit  





Xəbər lenti