“Nar” boks üzrə yarışa dəstək oldu
Qeyd edək ki, “Baku Fight Lub” Klubu “Rabitə” İdman Klubunun yenilənmiş adıdır. Açılış mərasimində çıxış edən peşəkar boksçu, dünya çempionu Fərhad Acalov bildirib ki, bu cür yarışlar keçirməkdə məqsəd, gəncləri idmana cəlb etmək və onların perspektivli gələcəyini təmin etməkdir. Yeniyetmələr arasında boks üzrə açıq birincilik 19-22 dekabr tarixləri arasında keçirilir.
“Baku Fight Lub” Klubunun və “Nar”ın birgə əməkdaşlığının əsas məqsədi yeniyetmələrin asudə vaxtının səmərəli təşkil edilməsi, idmana olan marağın artırılması, gənclərin pis vərdişlərdən uzaq olması və sağlam böyüməsidir.
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bundan əvvəl də “Baku Fight Lub” klubunun (keçmiş “Rabitə” İdman Klubu”) dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən boks dərslərinə və təlimlərinə dəstək olub. Artıq üçüncü ildir ki, tələbələr üçün lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edir.
“Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
Azvision.az
Teqlər: Nar