Bir gündə 2 piyada ölümü

Bir gündə 2 piyada ölümü
  22 Dekabr 2018    Oxunub:4350
Dekabrın 21-də saat 8 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini Fikrət Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nicat Kərimovu vurub.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən piyada ölüb.

Eyni zamanda dekabrın 21-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Qüdrət Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Xeyransa Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  



Xəbər lenti