"Bakcell" ödəniş sistemi yaradır

"Bakcell" ödəniş sistemi yaradır
  21 Dekabr 2018    Oxunub:6934
"Bakcell" MMC gələn ildən öz ödəniş sistemini tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə şirkətin əlavə dəyər xidmətləri üzrə şöbə rəhbəri Fərəh Allahverdiyeva deyib. F.Allahverdiyevanın sözlərinə görə, "Bakcell"in yaratdığı elektron pul kisəsi aprel ayında işə düşəcək.

Onun vasitəsi ilə kommunal ödənişlər, pul köçürmələri və s. maliyyə xidmətləri həyata keçirmək mümkün olacaq: "Gələn ilin sonlarında isə bu sistem vasitəsi ilə metro və avtobus ödənişlərinin edilməsi də mümkün olacaq".

"Bakcell" rəsmisi elektron pul kisəsi üçün ölkənin iri banklarından biri ilə əməkdaşlığa başlayıb.

Azvision.az


Teqlər: Bakcell  





Xəbər lenti