Azər Xudiyevin məqaləsi Harvard Universitetinin saytında
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanındakı daimi nümayəndəliyi Parisdə “Bakı prosesi”nin 10 illiyini yüksək səviyyədə keçirib.
Müəllif qeyd edir ki, dünyanın tanınmış ictimai-siyasi xadimləri, ekspertləri “Bakı prosesi”nin dünyanın yeni düzəninə öz töhfəsini verdiyini vurğulayırlar. "Bakı prosesi" Azərbaycanda yaradılan yeni geosiyasi dəyərdir. Bu, Azərbaycanın ümumilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış azərbaycançılıq konsepsiyasına əsaslanır. Bu ideoloji sistemdə mədəniyyətlərin, milli və beynəlmiləlliyin harmoniyası dayanır. Səfir məqalədə Azərbaycanın əldə etdiyi uğurlu xarici siyasət haqqında geniş məlumat verib.
Azvision.az
Teqlər: Azər-Xudiyev Harvard