Sabunçuda yanğın olub

Sabunçuda yanğın olub
  21 Dekabr 2018    Oxunub:5379
Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının, dəhlizinin və aynabəndinin yanar konstruksiyaları 88 m² sahədə yanıb.

Yüksək temperaturdan evin 2 otağının divarları 52 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti