"Aqrolizinq"in texnikaları özəlləşdiriləcək

 "Aqrolizinq"in texnikaları özəlləşdiriləcək
  20 Dekabr 2018    Oxunub:10406
"Aqrolizinq" ASC-nin balansında olan texnikalar Əmlak məsələsi üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınacaq.
Azvision.az xəbər verir ki, bunu "Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayev deyib. O, qeyd edib ki, texnikalar investisiya vasitəsilə özəlləşdirməyə təklif ediləcək. "Texnikalar özəlləşdirmək istəyən sahibkarlara təklif ediləcək".

Kənd təsərrüfatının nazirinin müavini İhamə Qədimova isə bildirib ki, aqroservis xidmətləri eyni zamanda texnikalara sahib olduqları üçün onlar texnikası ilə birlikdə özəlləşdiriləcək: "Həmçinin aqrar sahədə bu xidməti göstərməyə davam edəcək. Məqsəd bunun daha da təkmilləşdirilməsinin həyata keçirilməsidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Aqrolizinq  





Xəbər lenti