Yağmurlu hava davam edəcək

  Yağmurlu hava davam edəcək
  20 Dekabr 2018    Oxunub:5515
Bakıda və Abşeron yarımadasında dekabrın 21-də arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti