İki piyada yol qəzasında ölüb

İki piyada yol qəzasında ölüb
  20 Dekabr 2018    Oxunub:4424
Dekabrın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Mais Ərzimanov idarə etdiyi “VAZ-2110” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhəbbət Məmmədovanı vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Eyni zamanda dekabrın 19-da saat 21 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Dimitri Dadaşov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti