Azərbaycana heroin gətirən iranlı saxlanılıb
Lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan Asbaghikourabaslou Saeid Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə - metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.
Azvision.az