Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı
  20 Dekabr 2018    Oxunub:4148
Dekabrın 19-da saat 18 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Qəzənfər Qələndərov vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2104” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Elmurad Bayramov saxlanılıb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti