Dostları ilə görüşə gedən oğlan itkin düşüb

Dostları ilə görüşə gedən oğlan itkin düşüb
  20 Dekabr 2018    Oxunub:3696
Bakıda gənc oğlan itkin düşüb. Hadisə paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 35, mənzil 110-da baş verib.
Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərli Vüqar Tahir oğlu dekabrın 12-də evdən çıxaraq dostları ilə görüşə gedib. Həmin vaxtdan sonra V.Ələkbərlidən xəbər çıxmayıb.

Faktla bağlı araşdırmalara başlanıb. (Trend)

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti