Oğurluq etdiyinə görə tutulmuş Emil Məstanovun törətdiyi digər cinayət əməli müəyyən edilib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, oğurluq etmiş Emil Məstanovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 30-dan noyabrın 11-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul oğurlaması da müəyyən edilib.