“Azeri Light”ın qiyməti 58,6 dollara düşüb

  “Azeri Light”ın qiyməti 58,6 dollara düşüb
  19 Dekabr 2018    Oxunub:4415
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar artaraq 56,59 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar bahalaşaraq 46,53 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,61 dollar ucuzlaşaraq 58,60 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti