Metroda yarmarka açıldı - FOTOLAR

   Metroda yarmarka açıldı -    FOTOLAR
  18 Dekabr 2018    Oxunub:18314
“Bakı Metropoliteni” QSC-nin sərnişinlərin diqqətini cəlb edən sosial layihələri sırasında istedadlı gənclərə dəstək aksiyaları xüsusi yer tutur. Bu mənada metropolitençilər yeni il ərəfəsində sərnişinləri daha bir layihə ilə sevindirmək niyyətindədir.
Belə ki, bu gün səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında gənc istedadların əl işlərinin satış yarmarkasına start verilib.

“Əl işləri yarmarkası” adlandırılan, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.





























Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Metro   Yarmarka  





Xəbər lenti